1.1 Sifariş satıcı ödənişi təsdiq etdikdən sonra ən qısa müddətdə (adətən 10-30 dəqiqə ərzində), maksimum isə 24 saat ərzində müştəriyə çatdırılır.
1.2 Sifarişlərin sıx olduğu zamanlarda çatdırılmada gecikmələr yaşana bilər. Gecikmə maksimum 3 iş günü təşkil edə bilər. Bu müddət keçdikdən sonra müştəri ödənişini geri tələb edə bilər.
1.3 Sifarişlər növbəlilik əsasında çatdırılır. Sifariş verdikdən dərhal sonra, 1.1 və 1.2-ci maddələrdə qeyd edilən müddət bitmədən hesabla bağlı narazılıq edib ödənişin geri qaytarılması tələb oluna bilməz.
1.4 18 yaşına çatmamış şəxslərin mağazamızdan alış-veriş etməsi qadağandır. Ailə üzvünün bank kartından icazəsiz istifadə edərək edilən ödənişlərə görə BM SoftMarket məsuliyyət daşımır.
1.5 Satılan məhsullar rəqəmsal (hesablar, dəvət linkləri, aktivasiya kodları) olduğuna görə, bizdən qaynaqlanmayan problemlər istisna olmaqla, geri ödəniş edilmir. Abunəlik aktiv olduğu halda müştərinin öz cihazındakı problemə görə istifadə edə bilməməsi geri ödəniş üçün əsas deyil. İstisna hallarda, mağaza abunəliyi təmin edə bilmədikdə, istifadə edilmiş günlərin məbləği çıxılaraq qalan ödəniş müştəriyə qaytarılır.
1.6 Ortaq (paylaşımlı) hesablarda məhsulun təbiəti gərəyi geri ödəniş prosesi həyata keçirilmir.
1.7 Məhsullarımız qlobaldır, lakin bəzi ölkələrdə müəyyən məhdudiyyətlər ola bilər. Müştəri bunu yoxlamaq məqsədilə məhsulu alıb sonra geri ödəniş tələb edə bilməz.
1.8 Müştəri əlavə (2.99 AZN) ödəniş edərək sifarişini “VIP” sıraya salıb tezləşdirə bilər (Bu, əsasən Netflix, ChatGPT, Canva və Spotify kimi hesablara aiddir).
1.9 Mağazamıza aid bank hesablarına səhvən ödəniş edildikdə, geri qaytarılma tələb olunarsa, məbləğdən asılı olmayaraq 2 AZN komissiya çıxılaraq qalan məbləğ geri göndərilir.
2.1 Ödəniş yalnız sizə təqdim edilən aktiv kart hesabına edilməlidir. Köhnə və ya fərqli bank hesablarına edilən ödənişlər qəbul edilmir və sifariş çatdırılmır.
2.2 Ödəniş edildikdən sonra 24 saat ərzində qəbzin (çekin) şəkli təqdim olunmalıdır. Əks halda ödəniş təsdiqlənməyəcək.
2.3 Terminallar vasitəsilə ödəniş zamanı cihaz qəbz verməsə, aidiyyəti terminal şirkəti ilə əlaqə saxlayıb elektron qəbzi 24 saat ərzində bizə göndərməyiniz mütləqdir. 3 gün ərzində qəbz təqdim olunmasa, ödəniş qeydə alınmayacaq.
3.1 Windows və Microsoft Office lisenziyaları: Təqdim edilən 25 simvollu aktivasiya kodları tək istifadəlikdir. Kod təhvil verildikdən və sistemə daxil edildikdən sonra geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyil.
3.2 Mailə dəvətli məhsullar: Canva, Youtube Premium, Spotify, Claude Pro və s. kimi dəvət linki ilə göndərilən məhsullarda müştəri öz şəxsi mailini doğru təqdim etməlidir. Yanlış mail verildikdə məsuliyyət müştəriyə aiddir.
3.3 Ortaq (Paylaşımlı) Hesablar: ChatGPT paylaşımlı hesabları və ya digər ortaq hesablarda sizə verilən profil/otaq xaricində başqa profillərə daxil olmaq qadağandır. Cihaz sıfırlanması və ya istifadəçi xətasına görə hesabın itirilməsində BM SoftMarket məsuliyyət daşımır.
3.4 Şəxsi hesablardan başqa (sizə təqdim edilən ortaq hesablarda) mail adresini, şifrəni və profil məlumatlarını dəyişdirmək qəti qadağandır.
3.5 Bizdən alınan şəxsi hesablar (Netflix, ChatGPT, Zoom Pro və s.) 1 nəfərlik istifadə üçündür. Hesab məlumatlarının üçüncü şəxslərlə (dost, ailə üzvü) paylaşılması qadağandır. Bu qaydanın pozulması hesabın bağlanmasına gətirib çıxara bilər və ödəniş geri qaytarılmır.
4.1 Məsələdən asılı olmayaraq, müştəri xidmətləri ilə qeyri-etik, təhqiramiz davranış sərgiləyən şəxslərin abunəliyi dərhal ləğv ediləcək, məbləğ bloklanacaq və mağazadan ömürlük uzaqlaşdırılacaqlar.
4.2 Saxta qəbz (çek) göndərərək dələduzluğa cəhd edənlər mağazadan bloklanacaq.
4.3 Aylıq ödənişli abunəliklərdə vaxtında ödəniş etməyənlərin xidməti xəbərdarlıq edilmədən dayandırılacaq.
4.4 Satın alınan ümumi hesabları mənimsəməyə çalışanlar (şifrəsini dəyişənlər) dərhal bloklanacaq.
4.5 Ortaq hesablarda digər müştərilərin fəaliyyətinə mane olan (məsələn, onların axtarışlarını silən, profillərinə girən) şəxslərin hesaba girişi dərhal məhdudlaşdırılacaq.