Description
HIKVISION DS-2CD1343G2-LIU — müasir 4 MP IP kamera yüksək keyfiyyətli video nəzarət üçün ideal həllərdən biridir. Kamera zəif işıqda belə 24/7 rəngli və detallı görüntü təqdim edir. Ağıllı alqoritmləri insan və nəqliyyat vasitələrini dəqiq tanıyır və yalnış siqnalları minimuma endirir. Daxili mikrofon real vaxtda audio yazmanı təmin edir, H.265+ sıxılma texnologiyası isə yaddaş və şəbəkə yükünü azaldır.
Kamera möhkəm korpusla təchiz olunub: IP67 qorunması onu su və tozdan, IK08 isə vandalizmdən qoruyur, bu da cihazı həm açıq, həm də qapalı məkanlarda etibarlı istifadə üçün uyğun edir.
Üstünlüklər:
4 MP yüksək təsvir keyfiyyəti
İnsanların və nəqliyyat vasitələrinin aşkarlanması
Smart Hybrid Light – qabaqcıl işıqlandırma sistemi
Daxili mikrofon – real vaxt audio yazısı
H.265+ – yaddaşa qənaət və şəbəkə yükünü azaldır
PoE dəstəyi
IP67 və IK08 qorunma – etibarlı və davamlı quruluş

Reviews
There are no reviews yet.