Description
RS-VIFI-A22-D IP WiFi kamera ev, ofis və mağazalar üçün ideal təhlükəsizlik həlli.
Kompakt dizaynı və ağıllı funksiyaları ilə istənilən məkanda rahat nəzarət imkanı yaradır. WiFi bağlantısı sayəsində kabelsiz işləyir və mobil telefon vasitəsilə istənilən yerdən izləmək mümkündür.
Bu model 2.4GHz WiFi tezliyini dəstəkləyir, bu da daha geniş əhatə dairəsi və sabit bağlantı deməkdir.
Bu model yüksək keyfiyyətli görüntü təqdim edərək gecə və gündüz aydın çəkiliş edir. İnfraqırmızı (IR) gecə görmə funksiyası sayəsində qaranlıq mühitdə belə obyektləri dəqiq aşkar edir. Hərəkət sensoru aktiv olduqda avtomatik qeydiyyat başlayır və istifadəçiyə bildiriş göndərilir.
Pan-Tilt funksiyası ilə kamera geniş bucaq altında dönərək ətrafı tam nəzarətdə saxlayır. İki tərəfli audio (mikrofon və dinamik) vasitəsilə qarşılıqlı danışıq mümkündür. SD kart dəstəyi ilə videoları yaddaşa yazmaq və sonradan izləmək olur.
Əsas üstünlüklər:
WiFi ilə simsiz qoşulma
2.4GHz WiFi ilə stabil və geniş əhatə
Full HD 4MP görüntü keyfiyyəti
Gecə görmə (IR night vision)
Hərəkət deteksiyası və bildiriş
Telefona canlı izləmə və qeyd göndərmə
2 tərəfli audio dəstəyi
128gb SD kart və bulud yaddaş imkanı
İP 65
RS-VIFI-A22-D — təhlükəsizliyi maksimum səviyyədə təmin edən, istifadəsi rahat və sərfəli ağıllı kameradır.

Reviews
There are no reviews yet.