S
SETAP.AZ Təhlükəsizlik və İT mərkəzi
Ana səhifəyə qayıt
Kommersiya və hüquqi şərtlər

Satış, qaytarma, zəmanət və çatdırılma şərtləri

Son yenilənmə tarixi: 19.11.2026 • Setap.az (Setap Elektronika)

1. İstifadə və qiymət şərtləri

Saytda göstərilən məhsul qiymətləri və onlayn hesablayıcı nəticələri məlumat xarakterlidir. Yekun qiymət təklifi məhsulun mövcudluğu, texniki komplektasiya və obyektin quraşdırma şərtləri dəqiqləşdirildikdən sonra satış nümayəndəsi tərəfindən təsdiqlənir.

2. Qaytarma və dəyişdirmə qaydaları

Alınmış avadanlıqların qaytarılması və dəyişdirilməsi Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən tənzimlənir:

  • İstifadə olunmamış, əmtəə görünüşü, zavod qablaşdırması, plombu və aksesuarları tam saxlanılmış məhsullar alış tarixindən etibarən 14 təqvim günü ərzində qəbz/qaimə təqdim edilməklə dəyişdirilə və ya qaytarıla bilər.
  • İstisnalar: müştərinin sifarişi ilə kəsilmiş kabellər, fərdi quraşdırılmış və ya aktivləşdirilmiş proqram/lisenziya açarları, eləcə də mexaniki zədələnmiş və ya qablaşdırması pozulmuş avadanlıqlar qaytarılmır (istehsal qüsuru halları istisna olmaqla).

3. Məhsul və xidmət zəmanəti

  • Məhsul zəmanəti: kateqoriya və istehsalçı şərtlərindən asılı olaraq rəsmi zəmanət müddəti adətən 12–24 ay təşkil edir (dəqiq müddət zəmanət talonunda və ya qaimədə göstərilir). Aksesuarlar, adapterlər və sərfiyyat materiallarına fərqli zəmanət müddəti tətbiq oluna bilər.
  • Quraşdırma (montaj) zəmanəti: Setap.az ustaları tərəfindən görülən quraşdırma işlərinə ayrıca iş zəmanəti verilir və təhvil-təslim zamanı təsdiqlənir.
  • Zəmanətə daxil olmayan hallar: elektrik şəbəkəsində gərginlik sıçrayışı, ildırım vurması, su/rütubət təsiri (IP standartına zidd istifadə), fiziki zərbə və ya kənar müdaxilə nəticəsində yaranmış nasazlıqlar.

4. Çatdırılma şərtləri

  • Ərazi: Sumqayıt, Bakı şəhəri və Azərbaycanın bütün bölgələrinə çatdırılma mümkündür.
  • Müddət: Sumqayıt və Bakı daxili sifarişlər stok və iş saatlarından asılı olaraq eyni gün və ya növbəti iş günü, bölgələrə isə 1–3 iş günü ərzində göndərilir.
  • Çatdırılma haqqı: sifarişin məbləğindən və məsafədən asılı olaraq sifariş təsdiqlənərkən əvvəlcədən müştəriyə bildirilir.

5. Ödəniş və taksit şərtləri

Ödəniş nağd, bank kartı və ya hüquqi şəxslər üçün rəsmi köçürmə yolu ilə qəbul olunur. Taksit və hissə-hissə ödəniş şərtləri (kart növü və ay sayı) seçilmiş məhsul üzrə sifariş zamanı ayrıca dəqiqləşdirilir.

6. Şikayət və müraciət qaydası

Zəmanət, qaytarma və ya xidmət keyfiyyəti ilə bağlı bütün müraciətlər üçün bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz:

Satış və zəmanət xətti: +994 10 526 84 44
Elektron poçt: [email protected]
Filiallar: Ünvanlar və iş saatları